Məmur oğlu maşını ilə uşağı vurdu - Masallıda

memur-oglu-masini-ile-usagi-vurdu
Oxunma sayı: 1042

Masallıda avtomobil  yolu keçmək istəyən 11 yaşlı oğlanı vurub.

“Qafqazinfo” APA-ya  istinadən xəbər verir ki, Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu “Mitsubishi” markalı avtomobil vurub.

Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Fakt araşdırılır.

Masallı Rayon Yol Polisi Şöbəsinin rəisi İkram Məmmədov hadisəni törədən sürücünün Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu olduğunu bildirib.