“Məmur sayının azaldılmasını belə tənzimləyə bilərik”

memur-sayinin-azaldilmasini-bele-tenzimleye-bilerik
Oxunma sayı: 2379

Deputat Fazil Mustafa bir sıra rayonların birləşdirilməsini təklif edib.

“Qafqazinfo” xəbər verir ki, deputat parlamentdə bildirib ki, bir sıra rayonların eyni mərkəzdə birləşməsi yaxşı olar: “Məmurun sayının azaldılmasını bələdiyyə saylarının artırılmasıyla tənzimləyə bilərik. Prosesə paytaxtdan da başlamaq olar. Paytaxtda bu qədər rayonların olmasına nə ehtiyac var? Bu istiqamətdə struktur islahatları aparılmalıdır. İdarəetmənin çevikliyi baxımından bu yaxşı haldır. Bu istiqamətdə struktur islahatları aparılmalıdır”.

Günel Türksoy