Məmurlar ağac əkdilər- - Fotolar

memurlar-agac-ekdiler-
Oxunma sayı: 1906


“Qafqazinfo” xəbər verir ki, məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Rayon İcra Hakimiyyəti Başçısının yanında Şura üzvlərinin, Milli Məclisin deputatlarının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, ictimaiyyətin, könüllülərin, fəal gənclərin, ümumilikdə 2500-dək adamın Novruz bayramı ərəfəsində yüksək fəallıq və bayram əhval-ruhiyyəsi ilə qatıldığı genişmiqyaslı iməcilikdə ətraf ərazi məişət tullantılarından təmizlənərək burada mövcud olan yaşıllıq sulanıb, ərazidə 250-si İtaliyadan gətirilmiş Leylandra ağacı olmaqla, 1000-ə qədər müxtəlif növ ağac və kollar əkilib.

Qeyd edək ki, sözügedən ərazidə mütəmadi olaraq abadlıq işləri aparılır, ekoloji tələblərə uyğun yaşıllığa aqrotexniki qulluq göstərilir, eyni zamanda dekorativ ağac və kollar əkilərək qeyd olunan yaşıllıq zolağının paytaxtın dilbər guşəsinə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Murad Əhməd