Məmurlar əlini öpmək istədi - Kralın oğlu qoymadı

memurlar-elini-opmek-istedi
Oxunma sayı: 5541

Qatıldığı dövlət mərasimlərində yüksək vəzifəli məmurlara əlini öpdürməsi ilə tanınan Mərakeş kralının böyük oğlu 12 yaşlı şahzadə Həsənin yeni görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, hələ 2012-ci ildə Ərəb Baharı zamanı 9 yaşlı şahzadənin əl öpdürməsi xalqın etirazına səbəb olmuş, müxalifət ayağa qalxmış, dövlət televiziyası isə həmin görüntüləri silmişdi.

Sosial şəbəkədə yeni yayılan görüntülərdə isə 12 yaşlı vəliəhd əlini öpmək istəyən məmurlara imkan vermir, sadəcə salamlaşmaqla kifayətlənir.