“Qafqazinfo” xəbər verir ki, o, bu barədə facebook hesabında yazıb
““Sevil Massivi, Sonalı yaşayış kompleksi artıq 4-5 ildən artıq idi ki, var gücü ilə reklam olunurdu. Bütün kasıb təbəqə əlində olan 5-10 manatını da səfərbər edib oradan torpaq alır və ya daha çox kreditlə aylıq ödəyirdi. Şamaxıda və o yolun üzərində olan turizm mərkəzlərində olan dəbdəbəli villalarına getmək üçün məmurlar hər dəfə Sevil Massivi yazılan böyük plakatın və ofisinin yanından ötüb keçirdilər.
Heç kimin ağlına gəlmirdi ki, bu Massiv qanunsuzdur.
Amma, tanıdığım bir neçə dostum var, Masazır və digər yerlərdə neçə illər alın təri ilə qazanıb aldıqları qanuni torpaqları var. Amma, bir bel götürüb yer qazan və bir daş qoyan kimi o qədər əli papkalı və çiyni ulduzlu gəlir ki, ev tikdiyinə peşman edirlər. Amma, 300-400 hektarda gedən tikintidən xəbərləri yox imiş.
Bu qədər ədalətsizlik olarmı? Məmurlar arasında gedən biznes davasında sadə insanlar niyə əzab çəkməlidir? Bu birbaşa yetim haqqı yeməkdir. Bunun cəzası həm Allah yanında, həm də qanun qarşısında çox ağırdır. Qanunlar kasıblar üçün olduğundan imdad qalır Allaha. Lakin, Allah deyir, "sizdən hərəkət, məndən bərəkət". Heç kim haqqını azmışlara yedirtməsin. Bu milli bir faciədir və heç kim susqun qalmamalıdır.
Sevil Massivində və Sonalı-da minlərlə torpaq alan və ev tikən ailə cavab gözləməkdədir. Bəs dövlət haradadır? Hanı YAP-ın qurduğu "ədalətli" cəmiyyət?”.
Son xəbərlər
Son Xəbərlər