“Mən ayaqdan çox istifadə etmirdim”- - Kifayət

men-ayaqdan-cox-istifade-etmirdim-
Oxunma sayı: 2878


Xanım idmançımız “Qafqazino”ya açıqlamasında son vaxtlar göstərdiyi nəticələrdən və hazırlıqlardan danışıb: “Bu mövsüm çox zədələndim. Yaxınlarda da çiynimdən zədə almışdım. Təbii ki, bunlar nəticələrimə təsir edib. Dünya reytinqində də 16-cı yerdən 30-cu yerə düşdüm. Həm də 2012-cı ildən London olimpiadasındakı uğursuzluq məni həvəsdən salmışdı. Hətta karyeramı da bitirmək fikrində idim. Olimpiadadan sonra keçirilən Avropa çempionatında da ona görə iştirak etmədim. Amma müəllimlərin təkidi ilə qayıtdım və məşqlərə başladım”.

Qasımova “Avropa Oyunlarından sonra karyeranızı bitirəcəkmisiniz” sualına isə belə cavab verib: “Yox. Yenidən idmana qaytımışamsa, 2016-cı il Rio-de-Janyeroda keçiriləcək Yay Olimpiya oyunlarında da iştirak edəcəm. Ondan sonra bəlkə də karyeramı bitirə bilərəm”. 

Çüdoçumuz 2012-ci il Rio-de-Janeyro Yay Olimpiya oyunlarına medal qazanmaq üçün Avropa Oyunlarında uğurlu çıxış etməyin vacibliyindən danışıb: “Birinci Avropa Oyunlarında uğurlu çıxış mənim 2016-cı il olimpiadasına yolumu aça bilər. Ona görə də doğma meydanda nəticə qazanmalıyam. Avropa Oyunları mənim üçün vacibdir. Həm də azarkeşlərin dəstəyi bizə kömək olacaq”.

Qasımova Avropa Oyunlarındakı ən güclü rəqiblərinin adını açıqlayıb: “Bildiyimə görə, bura Avropanın ən güclü idmançıları gələcək. Məsələn, portuqaliyalı, almaniyalı və fransalı idmançıları xüsusi qeyd etmək istərdim. Deyərdim ki, püşkdən heç nə asılı olmayacaq. Çünki bura gələn çüdoçular çox güclüdürlər”.

Dünya üçüncüsü cüdonun qaydalarında olan dəyişikliklərin ona təsir etmədiyini bildirib: “Bu dəyişikliklər mənə təsir etmədi. Çünki mən ayaqdan çox istifadə etmirdim. Ən çox dəyişikliklər də məhz bununla bağlı olub”.

Elsevər