“Mən bəyəm Aygün kimi oxuyuram?” - Röya

men-beyem-aygun-kimi-oxuyuram
Oxunma sayı: 6091

Əməkdar artist Röya Ayxan Nail Naiboğlunun aparıcılıq etdiyi “Stop” verilişinin qonağı olub. “Qafqazinfo” xəbər verir ki, müğənni proqramda şəxsi həyatı barədə danışıb. Röya bildirib ki, neçə ildir sevgilisi yoxdur: 

“Tam yox, bilmirəm. Üçüncü ilə keçir, bəlkə indi... Fikirləşərəm. Bəzi hallarda deyirlər ki, sevgilim var, amma elə deyil". 

Röya "Səndən sonra niyə şou-biznesdə Röya qədər populyar və sevilən ifaçı yoxdur" suallarına belə cavab verib: 

"Siz bilirsiniz "Röya qədər" sözü artıq burda səfdir. Aygün Kazımovaya da belə deyib onu mənə qarşı etdilər. Aygün Kazımova - Aygün Kazımovadır, Röya - Röyadır, təzə gələn adı olacaq. Lakin, Röya kimi oxumayacaq.

Mən bəyəm Aygün kimi oxuyuram? Hər dəfə bu sözlə dava aparmışam. Bəzi hallarda hirslidən nə isə demişəm, bunu efirə veriblər. Amma mən o qadın deyiləm. Kimsə kimin yerinə gəlməyib. Kimsə qocalmayıb. Bizim sənətin yaşı yoxdur".