“Mən bilmirəm “nurçu”luq nədir” – - Bəxtiyar Sadıqov

men-bilmirem-nurculuq-nedir-
Oxunma sayı: 4572


“Yeni Cümhuriyyət” qəzetində “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun haqqında ciddi ittihamların yer aldığı yazı dərc olunub.

Məqalədə Bəxtiyar Sadıqovun “nurçu”larla sıx əlaqədə olduğu bildirilir: “Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dövlətin rəsmi mətbu orqanı olan ”Azərbaycan" qəzetini faktiki şəkildə “Hizmət”in ölkəmizdəki əsas “beyin mərkəzi” sayılan “Çağ” Öyrətim Işlətmələri şəbəkəsinin təbliğat dəzgahına çevirib"- deyə məqalədə qeyd edilir.

Bəxtiyar Sadıqov “Azadlıq”a açıqlamasında haqqında yazılanların absurd olduğunu bildirdi: “”Azərbaycan" qəzeti heç vaxt “nurçu” qəzeti ola bilməz. Bunu yazan adama sual etmək lazımdır ki, “nurçu”luq nədir. Mən bilmirəm “nurçu”luq nədir. Hərə ağzına gələni danışır. Ümumiyyətlə, mən mənasız yazılara şərh vermirəm".