“Mən bir yəhudi kimi buradayam” - Blinken

men-bir-yehudi-kimi-buradayam
Oxunma sayı: 5541

“Mən də bir yəhudi olaraq buradayam”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfəri zamanı keçirdiyi mətbuat konfransında səsləndirib.

O, ABŞ-nin İsrailə güclü dəstəyini ifadə edib.

“Mən bu gün təkcə ABŞ dövlət katibi kimi deyil, həm də bir yəhudi kimi buradayam. Özünüzü müdafiə edəcək qədər güclü ola bilərsiniz. Amma ABŞ var olduqca bunu etmək məcburiyyətində qalmayacaqsınız, çünki biz hər zaman sizinlə olacağıq", - deyə Blinken bildirib.

Blinken minlərlə ehtiyat əsgərin İsrailə kömək etmək üçün səfərbər edildiyini bildirib və İsrail xalqını cəsarətinə görə təbrik edib.