“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, ailəsi vasitəsilə Əvəz Zeynallı cəmiyyətə müraciət edib:
“Atılan hər bir gülləni, Vətənin oğullarına tuşlanan hər bir qəlpəni ürəyimiz, qəlbimizdə hiss edirik. Vətən uğrunda, ərazi bütövlüyümüzü təmin etmək yolunda şəhid olanları ölü hesab etmirik. Allahdan şəhid ailələrinə səbr və dözüm arzulayır, onlara və bütün Azərbaycan xalqına başsağlığı veririk. Vətən sağ olsun! Hamımız bilməliyik ki, Vətən bu şəhidlərlə yaşayacaq! Torpaqlar bu şəhidlərlə qaytarılacaq. Bu ağır və çətin günlərdə iqtidar-müxalifət, gənc-qoca, uşaq-böyük demədən hamı bir yumruq kimi bir və güclü olmalıdır. Xırda incikliklər, böyük siyasi ehtiraslar bir kənara atılmalı, Azərbaycanın əleyhinə fəaliyyət göstərən böyük və məkrli qüvvələrə imkan və meydan verilməməli, 9 milyon vətən övladı vahid və tək cəbhədə birləşib, dövlətə və dövlətçiliyə sahib çıxmalı, onun ətrafında sıx birləşməlidir. Biz torpaqları azad etməyə hazır olmalı və onu azad etməliyik. Baxmayın ki, həbsdəyəm. Gərəkən qərar və siyasi iradə nümayiş etdirilsin, dərhal əlimdəki qələmi silahla dəyişdirməyə hazıram.
Mən də o əmri gözləyirəm”.
Son xəbərlər
Son Xəbərlər