“Mən də türklə ailəliyəm”- - Xoşqədəm əsəbiləşdi +Video

men-de-turkle-aileliyem-
Oxunma sayı: 3520


“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, X.Hidayətqızı verilişdə problemi ilə əlaqədar gələn qadına danışmaq üçün söz verib.

Qadın bildirib ki, onun problemi ailə qurduğu Türkiyə vətəndaşı ilə bağlıdır. Onun sözlərinə görə, Türkiyə vətəndaşı onu aldadıb və uşaqlarının alimentini vermir. Qadın bildirib ki, onunla rəsmi şəkildə evli olmayıb.

Verilişdə işitrak edən bəstəkar Faiq Sücəddinov həmin qadını qınayıb. O bildirib ki, Azərbaycan oğullarından biri ilə ailə qurardı.

Xoşqədəm Hidayətqızı isə buna etiraz edib: 

“Mən də Türkiyə vətəndaşı ilə ailə qurmuşam. Bu, qismətdir. Heç kim öz taleyini özü yazmayıb. 3 il əvvəl mənə desəydilər ki, sənə belə tale yazılıb, buna inanmazdım. Amma bu qismətdir, taledir”.