Uzun müddətdir dağınıq skleroz xəstəliyi ilə mübarizə aparan türkiyəli məşhur müğənni Serdar Ortaç səhhəti ilə bağlı verdiyi açıqlaması ilə hər kəsi üzüb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, TRT1-də müğənni Alişanın təqdimatında yayımlanan "Alişanla həyata gülümsə" verilişində ayağını qaldırmaqda çətinlik çəkdiyini bildirib.
Sənətçinin həkimi də canlı yayıma qoşulub. Ortaç həkimindən "bu xəstəlik nə vaxtsa keçəcəkmi?", - deyə soruşub.
Həkim cavabında deyib ki, dərmanlarını düzgün qəbul etdiyi müddət ərzində xəstəlik nəzarət altında olacaq. Həkim bu cavabı ilə xəstəliyin keçməyəcəyini bildirib.
Serdar Ortaçın "mən də sənin kimi yeriyib qaçmaq istərdim" sözləri Alişanı duyğulandırıb.
Son xəbərlər
Son Xəbərlər