“Mən demədim ki, qoşunlarımız elə indi Donbassa gedəcək” - Putin

men-demedim-ki-qosunlarimiz-ele-indi-donbassa-gedecek
Oxunma sayı: 2287

“Mən demədim ki, rus qoşunları elə indi Donbassa gedəcək”.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib. 

“Birincisi, mən sizinlə burada görüşümüzdən sonra qoşunların ora gedəcəyini demədim. İkincisi, mümkün hərəkətlərin konkret konturunu proqnozlaşdırmaq ümumiyyətlə mümkün deyil, bu, konkret olaraq inkişaf edən situasiyadan asılıdır”, - Putin bildirib.