İsveç millisinin ulduzu Zlatan İbrahimoviç qalmqallı açıqlaması ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, o, PSJ-də oynadığı vaxtda Fransaya ölkə prezidenti Fransua Ollanddan daha çox xeyir verdiyini bildirib.
İbranın bu açıqlaması mətbuatda səs-küy yaradıb: “Mən Fransaya bu ölkənin prezidentindən daha çox xeyir vermişəm. PSJ-də oynadığım vaxt ödədiyim vergilər ölkəyə çox kömək edib”.
Qeyd edək ki, Zlatan İbahimoviç 2012-2016-cı illərdə PSJ-də çıxış edib.
Son xəbərlər
Son Xəbərlər