“Mən futbolçuyam, “vorzakon” aləmi ilə nə işim var?”

men-futbolcuyam-vorzakon-alemi-ile-ne-isim-var
Oxunma sayı: 1952

Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran”dan ayrılan Kazım Kazımlı “Futbol+” qəzetinə müsahibəsində cənub təmsilçisindən pulunu almaq üçün haqqın tərəfində olan oğlanlara müraciət edəcəyini bildirmişdi.

“Qafqazinfo” xəbər verir ki, futbolçunun bu müsahibəsindən sonra onun “ağ-yaşıllar”da qalan 9 aylıq maaşını almaq üçün “vorzakon” aləminə üz tutacağı düşünülürdü. 

Lakin Kazımlı “Qafqazinfo”ya açıqlamasında bunu təkzib edib. O bildirib ki, fikirləri yanlış anlaşılıb: “Fikirlərim yanlış anlaşılıb. Mən futbolçuyam və “vorzakon” aləmindən uzaq adamam. Öz işimi görürəm. Müsahibədə elə demək istəməmişəm. Sadəcə haqlı olduğum üçün haqqımı müdafiə edəcək insanların köməyi ilə pulumu almağa çalışacam”.