“Mən gəldim, qızlar”

men-geldim-qizlar-
Oxunma sayı: 1532


“Qafqazinfo” xəbər verir ki, tamaşa 1941-1945–ci illər müharibəsinə həsr olunub.

Səhnə əsərində evləri başsız, körpələri atasız qoyan, minlərlə insanı aclığa, səfələtə sürükləyən müharibənin fəsadları göstərilir. 

İkihissəli tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarınıın əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamşada əsas rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Roza İbadova ifa edirlər.