“Mən günahkar deyiləm” - - Orxan Zeynalov

men-gunahkar-deyilem-
Oxunma sayı: 1671


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün məhkəmə qarşısına çıxan Zeynalov Şerbakovu qətlə yetirmədiyini “xeyr, mən günahkar deyiləm” sözləri ilə ifadə edib.

Qeyd edək ki, O.Zeynalovun adı hallanan cinayət işi ötən ilin qalmaqallı qətl hadisələrindən biri hesab edilir. Ötən ilin oktyabrında Orxan Zeynalovun münaqişə zəminində Moskva sakini 25 yaşlı Yeqor Şerbakovu bıçaqla ürəyindən vuraraq qətlə yetirdiyi və hadisə yerindən qaçdığı iddia edilir. Oktyabrın 13-ü isə Bryulov rayon sakinləri ayağa qalxaraq qatilin tapılıb cəzalandırılması tələbi ilə etiraz təşkil ediblər.  Qarşıdurma zamanı 400-ə yaxın rayon sakini saxlanılmışdı.