“Mən hakimi söyməmişəm” - Messi

men-hakimi-soymemisem
Oxunma sayı: 820

Çili ilə matçda yan xətt hakimini söyməsi səbəbi ilə FIFA tərəfindən 4 oyunluq cəzalandırılan Argentina millisinin və “Barselona”nın ulduz futbolçusu Lionel Messi məsələ ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, ulduz oyunçu hakimi söymədiyini bildirib:
 
“Mən hakimi təhqir etməmişəm. Sadəcə, o ifadələri havaya söylədim”.
 
Qeyd edək ki, Messinin oynamadığı matçda Argentina millisi Bolivaya 0:2 hesabı ilə uduzmuşdu.