“Mən hər gün özümə bu sualı verirəm”

men-her-gun-ozume-bu-suali-verirem
Oxunma sayı: 1871

“Özümə hər gün bu sualı verirəm ki, bizim soydaşlarımız nə vaxt o torpaqlara qayıda bilər?”

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Dövlət başçısı qeyd edib ki, o da mümkün qədər qısa müddətdə buna nail olmaq istəyir: “Amma bunun üçün kompleks tədbirlər görülməlidir. Minalardan təmizləmə prosesi başa çatandan sonra paralel olaraq bu işlərə başlayırıq. Artıq Zəngilan rayonunun 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərində “Ağıllı kənd” layihəsi tətbiq olunmağa başlayır. Təlimat vermişəm ki, bu ilin sonuna qədər proses başa çatsın. Orada minə yaxın insan yaşayacaq. Belə pilot layihələr çox ola bilər.

Böyük şəhərlərə qayıdış üçün öncə şəhərlərin baş planları tərtib edilməlidir. Müharibədən əvvəl Ağdam şəhərində 40 min əhali yaşayırdı. İndi isə nüfuz artıb, onlar da 50 min nəfər olub. Biz binalar, məktəblər, xəstəxanalar inşa etməliyik. Bunlar böyük bir zaman tələb edir. Bizim yarışacağımız əsas tərəf müqabili zamandır. Vəsait də var, bütün gücləri də səfərbər etmişik.

Mən hansısa bir tarix vermək istəməzdim, halbuki mənim ağlımda tarixlər var. Vaxtından əvvəl istəməzdim insanları sevindirib, həm də həyəcanlandırım. Amma mərhələli şəkildə biz insanları ora qaytaracağıq”.