“Mən keçmişlə qurdalanmıram…” - Röya Aygünə söz atdı

men-kecmisle-qurdalanmiram
Oxunma sayı: 2792

“Heç kim və heç nə mənim konsert havamı poza bilmədi və bilməyəcək. Niyə? Çünki mən keçmişlə qurdalanmıram. Hər günümdə bir yenilik var”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan instaqram səhifəsində yazıb.  Müğənni küsülü olduğu həmkarı Aygün Kazımovaya söz atıb:

“Çox şükür ki. övladam, dostam, müdürəm, bacıyam, baldızam və övladının hər bir gününü gözdən qaçırmayan anayam. Xoşbəxtəm, çünki əzmirəm, əzilmirəm. Ayağımın altında qalanlar isə yaşıl işıqda önümdən keçənlərdir. Allah məni o günə salmasın”.

Qeyd edək ki, A. Kazımova instaqramda 2002-ci ildə Heydər Əliyev adına Sarayda keçirilmiş “Gələrsiz, görərsiz” konsertindən görüntülər yayımlayaraq küsülü olduğu əməkdar artist Röya Ayxanı da “tag” edərək “Yaxşı ki, varıq” şərhini yazıb.