“Mən kitab oxuyan insanam” - - Ayan

men-kitab-oxuyan-insanam-
Oxunma sayı: 2513


"Qafqazinfo"nun məlumatına görə,  verilişdə sənət adamlarına "Məşhurların bildiyiniz aforizm və sitatları varmı?" sualı ilə müraciət edilib:

Samira Allahverdi: "Aforizmləri tez-tez oxuyuram. sosial şəbəkələrdə də paylaşıram. Mayk Talsondan bir aforizm söyləyə bilərəm: "Sən yıxılıb yenidən qalxırsansa, bu fizika deyil, sənin xarakterindir". Dəfələrlə olub ki, Samira yıxılıb və istəyib ki, ətrafında ona dəstək olan insanlar olsun. Amma az insan mənə dəstək olub və çətinliklə də olsa, qalxmışam".

Çingiz Mustafayev: "Ömər Xəyyamdan sitat gətirə bilərəm: "Mənə dedilər ki, ətrafındakı düşmənləri təmizlə, baxdım ki, dostum qalmayıb".

Ayan Babakişiyeva: " "Bir insan səni qıcıqlandırırsa, onun yanından gülərək keç". Bu aforizm bir həftədir ki, beynimə həkk olub. Mən kitab oxuyan insanam".

Əməkdar artist Elza Seyidcahan: "Napolyonun sitatıdır. "Mümkün deyil sözü ancaq axmaqların lüğətində ola bilər" ".

Xatun: "Yazıçılardan biri deyib ki, sülhdə yaşamaq istəyirsənsə, müharibəyə hər an hazır olmalısan".

Könül

“Qafqazinfo”