“Mən Messi və Ronaldodan yaxşı futbolçuyam”

men-messi-ve-ronaldodan-yaxsi-futbolcuyam
Oxunma sayı: 2066

2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olan Edilson açıqlaması ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, 48 yaşlı sabiq oyunçu Braziliya telekanalların birində Lionel Messi, Kriştianu Ronaldo və Neymardan daha yaxşı olduğunu deyib:

“Ən yaxşı vaxtlarımda Neymardan daha yaxşı oynadım. Məndən yaxşı olmaq üçün Neymar və Messi dünya çempionu olmalıdırlar.Kriştianu Ronaldoda sadəcə güc var. Mənim bacarıqlarım ondan daha yüksəkdir. Messi və Ronaldodan yaxşı futbolçuyam”.

Edilson futbolçu karyerasını 2016-cı ildə başa vurub. O, karyerası ərzində 15 klubda oynayıb.