“Mən möhtəşəm məşqçiyəm” - Mourinyo

men-mohtesem-mesqciyem
Oxunma sayı: 1257

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Makkabi Tel-Əviv" üzərində qazanılan qələbəni şərh edib.

“Qafqazinfo” xəbər verir ki, daxili çempionatda uğursuz çıxış edən London klubunun portuqaliyalı çalışdırıcısı İsrail klubu üzərindəki qələbənin komandasına ruh yüksəkliyi qazandırdığını bildirib.

Mou özünü möhtəşəm məşqçi adlandırmaqla da diqqətləri cəlb edib: "Bu qələbə bizə ruh yüksəkliyi qazandırdı. Oyun tam biz istədiyimiz kimi getdi. Qələbə hissi tam fərqlidir. Mən uduzmağı sevmirəm. Uduzanda da bunun dərdin çəkmirəm. Mən bir çempionam. Mən qalib gələndə də, məğlub olanda da möhtəşəm baş məşqçiyəm. Sadəcə olaraq siz fərqli düşünürsünüz".

Qeyd edək ki, "Çelsi" ÇL-nın qrup mərhələsinin ilk matçında "Makkabi Tel-Əviv"i 4:0 hesabı ilə məğlub edib.