“Mən onları lənətləyirəm” – - Fəzail Ağamalı

men-onlari-lenetleyirem-
Oxunma sayı: 2463


“Qafqazinfo” xəbər verir ki, bunu Azadlıq Radiosuna müsahibəsində Ana Vətən Partiyasının sədi, millət vəkili Fəzail Ağamalı deyib. Beynəlxalq təşkilatların Azərbaycana qarşı tənqidlərinə münasibət bildirən F. Ağamalı deyib ki, bu tənqidləri hər zaman eyni təşkilatlar edir və Azərbaycanda hər şeyi qara rəngdə görürlər: “Onların Azərbaycanda yaratmış olduğu «beşinci kolon» var və onun vasitəsilə qeyri-obyektiv fikirləri, rəqəmləri, rəyləri göndərir, bunun da əsasında hesabat, bəyanat hazırlayıb efirə buraxırlar. Mən dəfələrlə söyləmişəm, Azərbaycanda siyasi baxışlarına görə həbs olunan yoxdur. İnsanlar ayrı-ayrı şəkildə törətmiş olduqları əmələ görə cinayət məsuliyyətinə cəlb olunurlar. Mahiyyət etibarilə Azərbaycanda siyasi məhbus yoxdur. Siyasi məhbus, demokratiya, söz azadlığı kimi anlayışların altında Azərbaycana təzyiqlər var”. 

F. Ağamalı bildirb ki, əgər konstruktiv tənqid varsa, onu böyük məmnuniyyətlə qəbul edir: “Ancaq o tənqid yox, böhtandırsa, iftiradırsa, qərəzdirsə, əlbəttə, qəbul etmirəm və onları lənətləyirəm. Onlar Azərbaycana qarşı düşmən mövqe tuturlar. Onlar Azərbaycanı inkişaf etmiş, qabaqcıl ölkə kimi görmək istəmirlər. İstədikləri odur ki, Azərbaycan da Suriya, Liviya, İraq kimi vətəndaş müharibəsinin içində və cəhənnəmində məhv olub getsin. Mən bunu qəbul etmirəm və lənətləyirəm”.