“Qafqazinfo” xəbər verir ki, bu sözləri qadınlar arasında taekvondo yarışında birinci Avropa Oyunlarının bürünc medalını qazanmış Azərbaycan təmsilçisi Patimat Abakarova (49 kq) AZƏRTAC-a müsahibəsində deyib. P.Abakarov bürünc medal uğrunda mübarizədə italiyalı Erika Nikolini böyük hesabla məğlub etməsi ilə bağlı təəssüratlarını bölüşərək bildirib: "Şadam ki, qələbə qazandım. Azarkeşlərin güclü dəstəyini hiss etdim və onlar mənə qalib gəlməkdə çox kömək etdilər. Mən də onların etibarını doğrultdum. Hər kəsə minnətdaram. Ümid edirəm ki, növbəti günlərdə də azarkeşlərin belə böyük dəstəyi olacaq".
Son xəbərlər
Son Xəbərlər