“Mən qalib gələcəyimə çox əminəm”

men-qalib-geleceyime-cox-eminem
Oxunma sayı: 2103

ABŞ-nin keçmiş Prezidenti və hazırda seçkilərə namizəd Donald Tramp Nyu-Hempşirdə keçiriləcək praymerizlərdə qalib gələcəyinə əmin olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Mən çox əminəm”, - Tramp deyib.

Qeyd edək ki, Florida qubernatoru Ron DeSantis və iş adamı Vivek Ramasvami namizədliklərini geri götürdükdən sonra Trampın yeganə rəqibi ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli olub.

Tramp Heylinin tezliklə yarışı tərk edəcəyinə əmin olduğunu qeyd edib.