Məlum olduğu kimi, Azərbaycanın tanınmış gənc şairi Aqşin Yeniseyin səhhətində ciddi problemlər yaranıb.
“Qaraciyərimə su yığılıb. Bu da zamanla çevirilib qaraciyər serozzu xəstəliyi yaradıb”.
Onun sözlərinə görə, hazırda Kliniki Tibbi Mərkəzdə müalicə kursuna başlayıb: “Hazırda xəstəxanadayam. Burada müalicə olunacam. Bilmirəm, nə olacaq. Amma narahatçılığa əsas yoxdur”.
Allah şəfa versin!
***
Sabiq deputat, "Loğman" klinikasının sahibi Nazim Məmmədov isə Facebookda Aqşin Yeniseyin səhhəti ilə bağlı belə yazıb:
"Ramin Hacılı zəng edib dedi ki, Aqşin Yeniseyi müayinə və müalicə etdirmək lazımdır. Gətirdilər həkimlər bəzi analizlər etdilər, qara ciyərlə bağlı ciddi infeksiya xəstəliyi ehtimalı var, hepatit B, C neqativ göstərdi, ancaq sapsarıdır, əlavə analizlər sabah olacaq. Bizdə infeksiya şöbəsi olmadığından "Semaşko"ya götürməyi məsləhət etdilər. Mən də şairi gördüm, adam çox ciddi xəstələnib, təcili vəziyyətdən çıxarılmalıdır, komaya da düşə bilər. Allah kömək olsun!"
Son xəbərlər
Son Xəbərlər