Xalq artisti Məleykə Əsədova aktrisaların döymə vurdurmalarına münasibət bildirib.
Aktrisa “Qafqazinfo”ya açıqlamasında daimi tatulardan istifadə etmədiyini söyləyib:
“Mənim üçün belə şeylərin fərqi yoxdur. Aktrisa da modern ola bilər. Əgər onun ürəyi tatu etdirmək istəyirsə, xoşu gəlirsə etdirsin. Amma bir məsələni də qeyd etmək istəyirəm ki, aktrisa səhnə adamıdır. Özümdən götürürəm, elə bir filmə çəkilə bilərəm ki, orada tatuya ehtiyac duyulmasın. Tatuları çox sevirəm, amma daimi qalanlardan istifadə etmirəm".
Xalq artisti onu da əlavə edib ki, saç rəngində fərqlilik edəcək:
"Onu da qeyd edim ki, mənə sarı rəngdən başqa rəng yaraşmır. Hamı deyir ki, sənin rəngin budur. İstəmişəm saçımı fərqli rənglərə boyadım, ancaq yaraşmadığını deyiblər. Bu dəfə bir az fərqli saç modeli edəcəyəm, rəngini dəyişəcəyəm. Amma yaraşıb-yaraşmayacağı sual altındadır”.




Son xəbərlər
Son Xəbərlər