“Mən yenidən baxılacaq idmançı deyiləm” - Baş məşqçiyə ittiham

men-yeniden-baxilacaq-idmanci-deyilem
Oxunma sayı: 3047

Cüdo üzrə Azərbaycan millisinin üzvü Orxan Səfərov Dünya Çempionatında iştirak edəcək heyətdə yer almayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə 60 kq çəkidə mübarizə aparan Səfərov şəxsi feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, cüdoçunun heyətdə yer almaması baş məşqçi Ruslan Maşurenko ilə arasında olan problemə görədir:

“Dünya Çempionatına gedəcək milli komandanın heyəti məlum oldu. Və mən bu Dünya Çempionatı heyətində yoxam. 

Federasiyamız mənə böyük dəstək olduğu halda, baş məşqçi ilə olan problemlərim mənim heyətdən kənarda qalmağıma səbəb oldu. 60 kq çəkidə 3 nəfər arasında keçirilən yarışda iştirak etmədim. Düşündüm ki, mən yenidən baxılacaq bir idmançı deyiləm. 2 Dünya Çempionatının və 3 Avropa çempionatının medalı bunun sübutudur. Halbuki o biri idmançıların heç birinin böyük medalı yoxdur. Bunu burada yazmağımın səbəbi də odur ki, hamı soruşur, maraqlanır və bir-bir cavab verməyə fürsətim olmur. Tokioda keçiriləcək Dünya Çempionatı mənsiz olacaq. Mənə azarkeşlik edən hər kəsə təşəkkür edirəm”.