Star TV-də yayımlanan məşhur “Menajerimi ara” serialının ulduzu Canan Ergüderə xərçəng diaqnozu qoyulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ergüder öz instaqram hesabında məlumat verib. Rol aldığı ekran işindən uzaqlaşan aktrisa post paylaşaraq xəstəlikdən əziyyət çəkdiyini qeyd edib.
“Səhhətimlə bağlı xəbərlər doğrudur. Təxminən 1, 5 ay əvvəl mənə döş xərçəngi diaqnozu qoyuldu. Enişli-yoxuşlu bir müddət olacaq, amma əhvalımı yüksək tuturam. Narahat olmayın, sağalacam. Müalicə prosesində icazə verilənədək işləyəcəm. Serialda daha 3 bölümdə yer alacam. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, C. Ergüder aktyor Kenan Ece ilə ailəlidir. Cütlüyün bir oğlu var.

Son xəbərlər
Son Xəbərlər