Mənasız mübahisəyə 7 bıçaq zərbəsi son qoydu

menasiz-mubahiseye-7-bicaq-zerbesi-son-qoydu
Oxunma sayı: 646

“Qafqazinfo”nun Milli.Az-a istinadən verdiyi məlumata görə, Sulutəpə qəsəbəsi, Z.Allahverdiyev küçəsi, Yeni yaşayış massivində 30 yaşlı Vüqar İslamov mübahisə zəminində 27 yaşlı Fariz İsayevi bıçaqlayıb.

Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşları V.İslamovu tutaraq istintaqa təhvil veriblər. V.İslamov ifadəsində bıçağa əl atmasının səbəbini açıqlayıb:

“Evə birdəfəlik istifadə üçün qab almağa getmişdim. Mağazada satıcıdan qabı istəyən zaman yanımdakı oğlan gülərək “birdəfəlik qab olmur, üzqırxan olur” deyərək mənə söz atdı. Sonra isə dedi ki, mən “Sulutəpəli Farizəm”, nə dedim, qanundur. Üstümə bıçaq çəkdi. Qarnıma da soxmaq istədi, lakin bıçaqdan yayındım”.

V.İslamov deyib ki, cibində gəzdirdiyi bıçağı tez çıxararaq Farizə çoxsaylı zərbələr endirib: “Farizi qabaqladım, 4 bıçaq qarnına, 2 zərbə kürəyinə, 1-ini isə boynuna vurdum”.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.