“Fəaliyyətlərinin bütün dövrlərində xalqa, dövlətə xəyanət edən, xarici anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən ölkə daxilindəki dağıdıcılıqla məşğul olan bu ünsürlər “mitinq sevdası” ilə özünə təsəlli verməyə çalışır. Cəmiyyətdə sosial dayağı, nüfuzu olmayan dağıdıcılar hər dəfə mitinq keçirmək adı ilə 3-5 adamı öz ətraflarına toplayır, xarici havadarlarının verdiyi “tezislər” əsasında şüarlar səsləndirir, bununla da necə biabırçı gündə olduqlarını bir daha xalqa nümayiş etdirirlər”.
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Müxalifətin 19 yanvar tarixində keçirdiyi mitinqə münasibət bildirən Vüqar Rəhimzadə qeyd edib ki, bu şou onların zəifliyini, xalq tərəfindən dəstəklənmədiyini sübuta yetirdi: “Dağıdıcıların əsl məqsədi nədir? Xalq, dövlət üçün nə isə etməkmi? Təbii ki, xeyr. Onların əsl məqsədi erməni lobbisi və anti-Azərbaycan qüvvələr tərəfindən gələn qrantlarla, eyni zamanda, “mühacir biznesi” ilə ciblərini doldurmaqdır. Bunun üçün xalq qarşısında min bir yalan deyir, min bir cildə, dona girirlər. Lakin 25 ildir dəyişməyən dağıdıcılar, şüarlar, çıxışlar, mənasız və yalan vədlər artıq insanları bezdirib. Bir sözlə, radikal müxalifət “liderləri” bu Vətən üçün yaxşı heç nə vəd etmirlər”.
Son xəbərlər
Son Xəbərlər