Türkiyəli aktrisa Serenay Sarıkaya “İnStyle” jurnalına verdiyi reportajda həyatı ilə bağlı bəzi etiraflar edib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, 8 aydır Amerikada yaşayan aktrisa artıq İstanbula dönmək fikrində olduğunu bildirib:
“ABŞ-a ilk dəfə idi ki, uzun müddətlik səyahət etdim. Çünki ora ilə bağlı möhtəşəm dünya obrazı yaradılır, mən də bunun şahidi olmaq istədim. Lakin orada qalandan sonra anladım ki, mən Amerikanın insanı deyiləm”.
S. Sarıkaya karyerası ilə bağlı da danışıb: “Mənim məqsədim müvəqqəti populyarlıq qazanmaq deyil. İşimi o qədər çox sevirəm ki...İşimdə var ola bilmək və qalıcı olmaq istəyirəm. Həmişə bunun üçün çalışıram. Hər zaman böyük xəyallarım olub. Məsələn, daha 10 il öncə reportajlarımdan birində özümə güvənərək “10 il sonra zirvədə olacağam” demişəm. Bunu deməyimə səbəb həm özümə inanmağım, həm də anamın mənə inanmağıdır”.
Sonuncu dəfə “Medcezir” serialı ilə məşhurlaşan aktrisa hələ ki, serial təkliflərini dəyərləndirdiyini söyləyib: “Bu cür möhtəşəm, bütün təbəqələrin fikirlərini əsas tutan serialdan sonra hər təklifə razı olmuram. Yaxşı düşünüb qərar vermək istəyirəm”.



Son xəbərlər
Son Xəbərlər