“Məndən bu qədər qorxurlar ki?..”

menden-bu-qeder-qorxurlar-ki
Oxunma sayı: 1057


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında ötən gün Müsavat Partiyasından  xaric edilən Ellada Məmmədli deyib. 

O bildirib ki, partiya rəhbərliyindən kiminləsə danışmaq olmur: “Bizdə partiyada vəziyyət “dəliyəm güclüyəm” prinsipi ilə davam edir. Çıxartdıqları adamlara partiyanın rəsmi qərarını da vermirlər. Sadəcə olaraq sosial şəbəkədə elan edirlər ki, hansı məsələlərə görə partiyadan çıxarılıb. Bu nizamnamədən kənardır. Əgər onların nizamnamə əsası olsaydı,  məndən əvvəl çıxarılanlara da rəsmi qərar təqdim edilərdi”.

Onun sözlərinə görə, Qadınlar Təşkilatı üçün bu qərar ani olub: “Çünki biz ötən partiyanın qərargahında siyasi məhbuslara görə aclıq aksiyası keçirən insanları ziyarət etdik. Bizə partiyada bu haqda heç bir məlumat verilmədi. Hərçənd ki, bu haqda hamı bilirdi”.

Günel Türksoy