“Məndən xərçəngin dərmanının nə vaxt tapılacağını soruşurlar” - Aziz Sancar + Video

menden-xercengin-dermaninin-ne-vaxt-tapilacagini-sorusurlar
Oxunma sayı: 1861

Türk dünyasının fəxri, kimya sahəsi üzrə Nobel mükafatına layiq görülən professor Aziz Sancarın Bakı səfəri davam edir. O, Təhsil Tv-nin qonağı olub. Professor uşaqlığından, tələbəlik dövründən və təhsillə bağlı maraqlı fikirlər səsləndirib.

“Mən konfranslara, elmi toplantılara heç vaxt getmirdim. Məni seçən Nobel komitəsindən isə bir nəfəri belə tanımırdım. Amma mənim sahəmdə Nobel verilən zaman baxdılar ki, bu sahədə önəmli işləri olan üç nəfərdən biriyəm. Heç tanımadıqları halda Nobel mükafatı verdilər. Demək istədiyim budur ki, elmi Nobeldə təbliğata ehtiyac yoxdur.

Məndən tez-tez soruşurlar, xərçəng xəstəliyinin dərmanı nə vaxt tapılacaq? Cavabım budur, əgər türk milləti siqaretdən imtina edərsə, xərçəng 30 faiz azalar. Müalicəyə ehtiyac qalmaz”,-deyə professor Əziz Sancar qeyd edib.

Qeyd edək ki, Aziz Sancar 2015-ci ilin kimya üzrə Nobel mükafatçısı, ABŞ-ın Şimali Karolina Universitetinin professorudur.

“Qafqazinfo” professor Aziz Sancarın Cəsarət Valehova verdiyi video müsahibəsini təqdim edir: