Çester (Böyük Britaniya) məhkəməsində iki cinsi təcavüzdə təqsirləndirilən “Mançester Siti”nin keçmiş müdafiəçisi Benjamin Mendinin işi üzrə dinləmələr keçirilib.
“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, bundan əvvəl məhkəmə ilk yeddi maddə üzrə ittihamları ləğv edib. Bu gün qalan iki maddə üzrə qərar qəbul edilib.
Çester Məhkəməsində 28 yaşlı oyunçu bir zorlama və bir zorlama cəhdində təqsirli bilinməyib. Beləliklə, Fransa millisinin sabiq futbolçusu bütün ittihamlarda təqsirsiz hesab olunub.
Bildirilir ki, B.Mendi qərar elan edildikdən sonra emosiyalarını saxlaya bilməyib və məhkəmə zalında ağlayıb.
Son xəbərlər
Son Xəbərlər