“Mənə bacı deyəcəksən” - Fotolar

mene-baci-deyeceksen
Oxunma sayı: 4894

Melisa Dişisağlam adlı qadın Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Elif Elmasın ona yazdığı mesajı yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, makedoniyalı yarımmüdafiəçinin Melisanın şəkilinə ürək emojisi ilə reaksiya verməsi qarşı tərəfdən xoş qarşılanmayıb.

Melisa futbolçunun mesajını paylaşaraq, “Mənə bacı deyəcəksən” qeydini əlavə edib.

İnstaqramda 100 min izləyicisi olan Melisanın paylaşımı heç də birmənalı qarşılanmayıb. “Fənərbağça” azarkeşlərinin təzyiqləriylə üzləşən qadın hesabını bağlamaq məcburiyyətində qalıb.