“Qafqazinfo” xəbər verir ki, Səbail rayon İcra Hakimiyyətindən Milli.Az daxil olan məlumata görə, bu ilin may ayının 11-də Səbail rayon ərazisində üç piyadanın vurulması ilə nəticələnən yol qəzası zamanı yaralanan piyadalardan ikisi Xalid Cəbrayılov və Zəfər Xəlilov mətbuata açıqlama verərək bildiriblər ki, hadisə zamanı onları vuran avtomobili Səbail Rayon Icra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev idarə edirmiş və hadisəni də məhz o törədib.
Maraqlı olan budur ki, mətbuata açılama verən X.Cəbrayılov və Z.Xəlilov səsləndirdikləri fikirlərdə bir-birini təkzib edən məqamlar var. Onlar bildiriblər ki, hadisədən sonra Y. Allahverdiyev onlara baş çəkməyib. Yalnız xəstəxana xərcləri ödənib ki, bu da çox cüzi olub. Hazırda hər iki zərərçəkmiş evlərində müalicələrini davam etdirirlər.
Xəsarət alan X.Cəbrayılov hadisə barədə bunları deyib: “Maşın çox sürətlə gəlib bizi arxadan vurdu və heç əyləci də basmadı. Özümü kənara ata bildim. Maşının təkərinin diski ayağımı sürtərək məni yaraladı. Hadisə günü yaxınlıqda tanışlarımız vardı. Onlar bizə qəzanı törədənin Y.Allahverdiyevin olduğunu dedilər”.
Hər iki şəxsin açıqlaması ilə bağlı Y.Allahverdiyev bildirib ki, o hər iki şəxsin açıqlaması ilə tanışdı. “Artıq vəkillərim verilən açıqlamanı əldə ediblər. Baş verən hadisə zamanı orda olmadığımla yanaşı, hadisə ilə hər hansı əlaqəmin olmadığına baxmayaraq X.Cəbrayılov və Z.Xəlilovun mənim haqqımda KİV-nə belə açıqlamar verməklə, içtimai-siyasi nüfuzuma ləkə gətirməklə yanaşı, bir vətəndaş olaraq da məni şər və böhtana məruz qoyublar. Ona görə də, hər iki şəxsin bu hərəkətləri ilə əlaqədər məhkəmə qaydasında hüquqlarımı müdafiə edəcəm və hər iki şəxs haqqında bu şər və böhtanlarını sübuta yetirmələri üçün Cinayət Məcəlləsinin 147.2-ci bəndi ilə məhkəmədə vəkillərim vasistəsi ilə iddia qaldıracam. Doğurdan da mənim hansısa baş verən hadisədə iştirakım sübut edilərsə mən qanun qarşısında cavab verməyə hazıram. Amma əks təqdirdə Xalid Cəbrayılov və Zəfər Xəlilov məhkəmə qarşısında cavab verməli olacaqlar”.
Yavər Allahverdiyevin sözlərinə görə, hadisə baş verən ərazidə müşahidə kaneraları mövcuddur ki, həmin müşahidə kameraları hüquq-mühafizə orqanları tərəfindən tədqiq edilib və müşahidə kameralarında da avtomobili idarə edən şəxsin mən olmadığım və ümumiyyətlə hadisəni törədən avtomobildə olmadığım açıq-aşkar görünməkdədir. Bu da hadisənin mənim tərəfimdən törədildiyi ilə bağlı səsləndirilən iddiaları alt-üst eləmiş oldu. Y.Allahverdiyev hər iki şəxsin mətbuata hadisədən sonra onların xəstəxana xərclərinin onun tərəfindən ödənildiyi ilə bağlı açıqlamalarına da münasibət bildirib və qeyd edib ki, o nə hadisə günü, nə də hadisədən sonra X.Cəbrayılov və Z.Xəlilovun xəstəxana xərclərini ödəməyib.
“Çox qəribədir ki, hadisədə yaralanan şəxslərin xəstəxana xərclərin nəyə görə ödəməli idim? Əgər bunlar iddia edirlər ki, onların yerləşdirildikləri xəstəxananın xərclərin mən ödəmişəm, buyurub həmin xəstəxananın girişində, daxilində mövcud olan müşahidə kameralarını araşdırın. Mən hər iki şəxsin xəstəxana xərclərin ödəməmişəm. Qəribədir, iştirakçısı olmadığım, yaxud törətmədiyim bir qəzada xəsarət alan şəxslərin xəstəxana xərclərin niyə görə ödəməli idim? Bunlar tamamilə yalan və iftiradır”.
Son xəbərlər
Son Xəbərlər