“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo ona verilən cəza barəsində danışıb.
“Qafqazinfo” xəbər verir ki, çalışdırıcı bu barədə “Sky Sports”a açıqlama verib.
“4 oyunluq cəza aldım. Axşam bir də baxdım ki, mənə cəza verən İntizam Komitəsinin prezidenti keçmişdə “Qalatasaray” formasında klubla birgə çempionluğu qeyd edir”.
Qeyd edək ki, J.Mourinyo Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən 4 oyunluq cəzalandırılmışdı. Buna səbəb onun “Qalatasaray” ilə derbidən (0:0) sonra hakimlərin otağına gedərək ədalət təmsilçilərini təhqir etməsi olub.
Son xəbərlər
Son Xəbərlər