"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına açıqlama verib.
"Qafqazinfo" "Sport Ekspress"ə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ciddi təklif gəlsə, "Qəbələ"dən gedə biləcəyini vurğulayıb: "Qışda mənə təkliflər oldu və onlardan bir neçəsi ciddi idi. Ancaq işlədiyim kluba hörmətim böyükdür. Bu səbəbdən, heç bir danışıq aparmadım. "Qəbələ" ilə yeni müqaviləm 2017-ci ilin yayında başa çatır. Amma klubla qeyri-rəsmi razılığımız var ki, hansısa ciddi və maraqlı təkliflər olsa, rəhbərlik bunu anlayışla qarşılayacaq".
Son xəbərlər
Son Xəbərlər