“Deməli belə... Mən kiməm ki, Bəxtiyar Vahabzadə haqda söz deyəm. Əsas vurğulanan budur. Yəni çeynənmiş, qoturlamış, şalvarını batırmış əzəli-əbədi azərbaycanlı məntiqi...
Mən ciddi nəsr yazmaq potensialımı Azərbaycan ədəbiyyatına göstərdim. Bunu ədəbiyyatı ciddi, amma çox ciddi bilən adamlardan soruşa bilərsiniz. Öz zövqünüzə inanırsınızsa kitablarıma da baxmaq olar”.
Ş.Ağayar deyib ki, onun yaza bilmək bacarığını və ən əsası, həmişə haqqı müdafiə etmək şakərini heç yerdə və heç zaman bağışlamadılar: “Buna görə potensialımı reallaşdırmaqla bağlı ciddi problemlər yaşayıram. Etiraf edin ki, bunun üçün yaşamağa bir ev, yazmağa bir masa, yeməyə bir loxma çörək lazımdır ən azı. Heç olmasa küsüb getməyə bir rayonun olsun gərək. Hələ kitabxana yaratmaq, çap və reklam olunmaq imkanlarını demirəm. Mənim yeganə ümid yerim sizsiniz. Siz isə mənimlə Bəxtiyar Vahabzadə davası edirsiniz. Məgər sizinlə ehsan yeməyə də getmək olmazmış. Ay bədbəxtlər!”.
Son xəbərlər
Son Xəbərlər