Əməkdar artist Röya Ayxan “V Element” verilişinin qonağı olub.
“Qafqazinfo”nun məlumatına görə, müğənni verilişdə maraqlı məqamlara toxunub.
İfaçı əvvələr Elnarə Xəlilova və Natavan Həbibinin onu “çuşka” adlandırdığını bildirib:
“Həmişə “W-trio” vaxtı qızlar məni "prikol"a tuturdular. İngilis dilini bilmirdim, deyirdilər “çuşka”san, sən pul qazanmaq üçün toyxanalarda oxuyacaqsan. Deyirdilər ki, Aşıq olacaqsan... (gülür) O vaxtlar həmişə evə pul aparmağa çalışırdım. Bu çox gözəl stimul idi. İndi onlar inciməsinlər, hər şey dəyişdi. Elnarənin, Natavanın geyimlərinə baxıram, deyirəm ay… İngilis dilini bilməklə deyil ki?”
Röya keçmiş W-trio-çuların siqarət çəkməyi barədə Vaqif Gərayzadəyə deyiblər:
“Bir dəfə qızlar siqaret çəkməyimi Vaqif Gərayzadəyə satdılar. Kişi məni çox danladı. Məni satmalarına çox pis oldum. Bir az söhbətlər oldu. Dedim ki, qrupdan gedirəm. Guya mən siqaret çəkməklə Natavan və Elnarəyə ləkə gətirə bilərəm. Dedim ki, Vaqif müəllim, mən gedirəm. Ancaq bilin ki, stollarda oxuyub pul qazanmayacağam. Kiminsə pulu ilə məşhurlaşmayacağam. O da dedi ki, sübut et”.
Son xəbərlər
Son Xəbərlər