“Mənə dedilər ki, Məzahir Pənahovun rəyi olmalıdır”

mene-dediler-ki-mezahir-penahovun-reyi-olmalidir
Oxunma sayı: 1431


“Qafqazinfo” ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan DTİ-nin sədri Akif Qurbanov ilk öncə ötən ilin noyabr ayında yaranmış Demokratik Təşəbbüslər İnstitutunun Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmə ilə bağlı qarşılaşdığı problemləri və nazirliyi məhkəməyə vermə səbəblərini dəyirmi masa iştirakçılarına çatdırıb. “Azərbaycanda QHT-lərin qeydiyyata alınması zəmanət qaydasında həyata keçirilir. Bu qayda ondan ibarətdir ki, gənclər sektoru üzrə Gənclər və İdman Nazirliyi tərəfindən zəmanət olmalıdır, ümumi profilli fəaliyət üçün isə Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin zəmanəti olmalıdır. Bilirsiniz ki, mən Mərkəzi Seçki Komissiyasının üzvüyəm. Mənə də fəaliyyətimə uyğun olaraq qeyri-rəsmi şəkildə deyildi ki, qeydiyyatla bağlı gərək Məzahir Pənahovun rəyi olmalıdır. Onlara bildirdim ki, Məzahir Pənahov nə deyə bilər axı? Bu bizim qanuni hüququmuzdur və bu hüququmuza istinadən təşkilat yaratmaq istəyirik ”, - deyə Akif Qurbanov bildirib. 

Müzakirələr zamanı qeyd edilib ki, müstəqil QHT-lərin problemləri təkcə qeydiyyatdan imtina ilə bitmir. Son illər qanunvericiliyə ictimai birliklərin onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirən mürtəce düzəlişlər edilib. Belə ki, onların maliyyələşmə mənbələri məhdudlaşdırılıb, texniki səhvlərə görə böyük cərimələr müəyyən edilib. Sonda səslənən təklifləri ümumiləşdirərək, hökumətə və beynəlxalq təşkilatlara vətəndaş cəmiyyətinin inkişafı yolunda mövcud olan problemlərin aradan qaldırılması üzrə konkret təkliflərin göndərilməsi qərara alınıb.