“Mənə dünyanı verdin” - Konsertinin anonsu...

mene-dunyani-verdin
Oxunma sayı: 844

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova solo konsertin anonsu yayımlanıb. 

“Qafqazinfo” xəbər verir ki, video ötən gün Alim Qasımovun rəsmi “Youtube” səhifəsində yerləşdirilib. 

 Anonsda Fərqanə Qasımova atası haqqında şeir deyir, daha sonra “Mənə dünyanı verdin” adlı konsert barədə məlumat verilir. 

Bildirilib ki,  konsert mayın 21-də Heydər Əliyev adına Sarayda baş tutacaq. 
Musiqili gecə Alim Qasımovun 60 illik yubileyinə həsr olunub.

İslam Oyunları ərəfəsində baş tutacaq gecədə sənətçini 13 nəfərlik musiqi heyəti müşayiət edəcək. Biletlərin qiyməti isaı 20-100 AZN arası təşkil edir.  

Qeyd edək ki, konsertin informasiya dəstəkçisi “Qafqazinfo”dur.