“Mənə görməmiş deyirlər...” - Müğənni

mene-gormemis-deyirler
Oxunma sayı: 3951

Türkiyəli müğənni İrem Derici “Best FM”də “Hipnoz” verilişində qonaq olub. O, şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verib.

“Qagfqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi jarqon dilində danışdığı üçün onu tənqid edənlərə cavab verib.

“Oxuduğum məktəbləri, gəzdiyim ölkələri, danışdığım dilləri bilmirlər. Popçuyam, jarqon dilində danışıram deyə mənə görməmiş deyirlər. Atam Türkiyənin ən zəngin reklamçılarından biridir. Həmişə pulum olub”, - deyə müğənni bildirib.

Qeyd edək ki, İ. Derici bir müddət öncə həyat yoldaşı, radio aparıcısı Rza Esendemirdən boşanıb.