“Mənə göstərilən etimadı doğrultmağa çalışacağam”

mene-gosterilen-etimadi-dogrultmaga-calisacagam
Oxunma sayı: 675

Bu sözləri Şimali İrlandiya ilə oyun üçün milliyə dəvət edilən “Bakı” klubunun oyunçusu Elvin Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib.

O, millinin məşqləri ilə bağlı da danışıb: “İlk məşqimiz yaxşı keçdi. Artıq iki gündür məşqə çıxırıq. Futbolçulardan bəziləri hələ ki, məşqə qatılmayıblar. Qalan futbolçular da hazırlıqlara başlayanda hər şey daha aydın olacaq”.

Xatırladaq ki, Elvin Məmmədov Berti Foqts tərəfindən Rusiya ilə oyun üçün millinin heyətinə dəvət edilməmişdi. Bunu səbəbi kimi isə, futbolçunun öz klubunda daimi oynamaması göstərilmişdi.

Sevinc