“Qafqazinfo”nun məlumatına görə, “Onlar” verilişinə açıqlama verən sənətçi qarşılıqsız kömək etmək istəməyənlərdən gileylənib:
“Hər dəfə gələndə deyirəm ki, konsert vermək istəyirəm. Xahiş edirəm ki, kömək edin. Heç kim qabağa durmur, başqa şeylərə yardım edirlər. Niyə? Başqa şey gözləyirlərsə, qarşılıq gözləyirlərsə, o bizdə yoxdur. Allah bizi düz yoldan azdırmasın. Məndən soruşurlar ki, sənə pis təkliflər olub? Əlbəttə ki, pis təkliflər edənlər də var. Bizə bu sənətdə pis hərəkətlər edənlərə görə belə təkliflər olunur. Amma bizim alnımızda elə şeylər yazılmayıb”.
Özünə titul verən müğənni özünü “Şou-biznesin kraliçası” adlandırıb:
“Mən də şou-biznesin bala kraliçası” oldum. İlhamə Quliyevadan xahiş edirəm ki, təklifimi dəyərləndirsin və mənə cavab versin. 29 yaşım tamam oldu, amma Türkiyədə də görənlər soruşur ki, 22 yaşın tamam olub? Yaşını bəlli etməmək yaxşıdır, əsas odur ki, brilliant da kiçikdir”.
Könül
Son xəbərlər
Son Xəbərlər