“Qafqazinfo”nun məlumatına görə, Albert final oyununu belə şərh edib:
“Avropa Oyunları elə yarışdır ki, mən burda istənilən medalı qazansaydım sevinəcəkdim. Amma qalib olmaq bir başqa hissdir. Sevinirəm və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bundan sonra məqsədim gələn il keçiriləcək Rio-de-Janeyro Olimpiya oyunlarında qalib gəlmək olacaq. “Baku Fires” klubunun üzvüyəm. Orda qalıb-qalmayacağımı isə məşqçilərlə danışacam. Rusiyalı məşqçinin mənim haqqımda “ona qarşı başqa rəqib hazırlayacağıq” - deməsindən xəbərim var. Təkcə onlar yox, başqa ölkələrdə mənə qarşı ayrı rəqiblər hazırlamaq istəyirlər. Bundan çəkinmirəm”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər