“Mənə siyasi məqamlarda atamsız çətin olardı” - Nazir oğlu

mene-siyasi-meqamlarda-atamsiz-cetin-olardi
Oxunma sayı: 3560

“Atam mənə çox kömək edib, onsuz çətin olardı. Söhbət əsasən siyasi məqamlardan gedir. Yəni zəng vurmaq və xahiş etmək ki, mən kiminləsə görüşə və hansısa adi şeylər haqda danışa bilim”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri “Baku City Circuit”in icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov Həmid Həmidovun “Danışaq?” layihəsinin qonağı olarkən bildirib.

“Bizim işimizə bütün dövlət orqanları cəlb edilib və sadəcə kiminsə qapısını döymək və kiminsə yanına düşmək heç də asan deyil” deyən A. Rəhimov buna görə məsləhət və kömək üçün çox tez-tez atasına müraciət etməyin lazım gəldiyini söyləyib:

“Yəni şirkətin daxilində çirkli işləri biz özümüz görürük, amma nə vaxt ki, məsələ hansısa siyasi məqamlarla, əlaqlələrlə bağlı olur, onda kömək üçün müraciət etmək lazım gəlir. Ancaq indi bunu əvvəllər olduğundan daha az edirik”.