“Mənə söyüş söydülər” - “Neftçi”nin baş məşqçisi

mene-soyus-soyduler-neftcinin-bas-mesqcisi
Oxunma sayı: 640

"Ağ-qaralar"ın çalışdırıcısı "Xəzər Lənkəran"a məlubiyyəti şərh edərkən daha sonra bunları deyib:

"Bu günkü oyunun "qəhramanı" Saşa Stamenkoviçdi. Mən bu məsələni belə qoymayacağam. Biz bu komandanı Azərbaycan üçün qurmuşuq. Amma mən meydançaya çıxanda mənə olmazın söyüşlər söydülər. Ayıb olsun onlara. Mən bu qədər zəif "Xəzər Lənkəran" görməmişdim. Bu gün bəxtimizə qələbə yazılmamışdı. Ancaq tam məsuliyyəti ilə deyirəm, bu mövsüm biz çempion olacağıq".

Hacıyev ardından əvəzetmələrə də toxunub: "Flavinyo sarı almışdı, hiss etdim ki, ikinci qırmızıya gedir, ona görə də əvəzlədim. Cavid isə təzyiqi azaltdığından əvəzləndi. Ancaq hər iki əvəzətmə faydasız oldu".